Dünən Nizami rayonu, 8-ci kilometr bazarının yanında iki marşrut avtobusu toqquşub.
Bu barədə məlumat Təcili Tibbi Yardıma, saat 22:20 də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.
3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Həmçinin, Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Tehsil-press.az