Tanınmış müğənni şəhərin mərkəzində velosiped sürdü

Tanınmış müğənni şəhərin mərkəzində velosiped sürdü Türkiyəli müğənni Sərdar Ortaç İstanbulun Bebek ərazisində velosiped sürərkən görüntülənib.
Yüksək səslə arabesk musiqiyə qulaq asan sənətçiyə müxbirlər "Pərişan əhvaldasınız" sözlərinə belə cavab verib:
"Sizə görə elədir, mənim üçün gerçək musiqi budur. Siz hərəkətli mahnılara vərdiş etmisiniz".
S.Ortaç keçmiş sevgilisi, müğənni Seçil Gürlə barışmasına da münasibət bildirib:
"İnsan sevdiklərinin yanında olmağını istəyir".

Tehsil-press.az

Oxşar xəbərlər