Türkiyə 30-dan çox dünya şəhərinə uçuşları bərpa edir

Türkiyə 30-dan çox dünya şəhərinə uçuşları bərpa edir Koronavirus pandemiyası səbəbindən xarici uçuşlarını tədricən artıran “Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.
Plana əsasən şirkət sentyabrın 1-dən etibarən İranın Tehran, Şiraz, Təbriz və Məşhəd, Rusiyanın Krasnodar, Soçi və Kazan, Kanadanın Vankuver, Estoniyanın Tallin, Latviyanın Riqa, Gürcüstanın Batumi və Tbilisi, Vyetnamın Hanoy və Hoşimin, Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad, Əlcəzairin Konstantin və Oran, Əfqanıstanın Məzari-Şərif, İraqın Süleymaniyə, Hindistanın Mumbay və Dehli, İordaniyanın Amman, Türkmənistanın Aşqabad, Monqolustanın Ulan-Bator, Yunanıstanın Saloniki, Mərakeşin Fəs, Omanın Maskat, Nigeriyanın Abuca və Laqos, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi, Cənubi Afrikanın Keyptaun, Yohannesburq və Durban və dünyanın digər şəhərlərinə uçuşlar həyata keçirəcək.
“Türk Hava Yolları”ın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər