Türkiyə ilə bu ölkə arasında uçuşlar yenidən dayandırıldı

Türkiyə ilə bu ölkə arasında uçuşlar yenidən dayandırıldı İraq Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar sentyabrın 1-dək uçuşları dayandırıb.
“İraq Mülki Aviasiya Xidməti sərnişinləri xəbərdar edir ki, Türkiyə Mülki Aviasiya Xidməti İraqa və İraqdan uçuşları Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi ilə sentyabrın 1-dək dayandırıb”, - məlumatda deyilir.
İraq hökuməti uçuşlar bərpa olunana qədər Türkiyədən vətənə qayıtmalı olan iraqlılara bu barədə diplomatik kanallarla razılığa gəlməyi tövsiyə edib.
Xatırladaq ki, bir müddət əvvəl iki ölkə arasında Ərbil-Ankara və İstanbul-Ərbil istiqamətində hava nəqliyyatı bərpa olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər