Lukaşenko öz “dəfni”ndən gülərək danışdı

Lukaşenko öz “dəfni”ndən gülərək danışdı Belarus prezidenti Aleksandr Lukaşenko “insult keçirməsi” və “dəfn edilməsi” xəbərlərinə yumorla cavab verib.
Bu barədə prezident Minskdə məmurlarla yığım mövsümü ilə bağlı görüşündə danışıb. Məmura məhsul yığımı ilə bağlı göstəriş verən Lukaşenko gülərək “Növbəti il mənə hesabat verəcəksən. Sən gələn ilədək yaşayacaqsan? Qətiyyətlə cavab vermə. Bir gün əvvəl məni “dəfn etmişdilər”, səni də “dəfn edərlər” deyib. Daha sonra o, oxşarının onu əvəz etməsi xəbərini də ələ salıb: “Hələ deyirlər, mənim yerimə bənzərim işləyir”.

Tehsil-press.az

Oxşar xəbərlər