Lukaşenko da koronavirusa yoluxubmuş - Video

Lukaşenko da koronavirusa yoluxubmuş - Video Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxubmuş.
Bu barədə o, bu gün keçirdiyi iclasda bildirib. Lukaşenkonun sözlərinə görə, infeksiyanı asimptomatik və yataq rejimi olmadan keçirib. Prezidentin orqanizmində infeksiya olması barədə məlumatı həkimlər dünən veriblər. Lukaşenko virusa harda yoluxması haqda danışmayıb.
Qeyd edək ki, Lukaşenko pandemiya dövründə ölkədə heç bir karantin rejimi tətbiq etməyib. Hətta mayın 9-da Belarusda Qələbə günü münasibətilə parad keçirilib.



Tehsil-press.az

Oxşar xəbərlər