Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başa çatıb.
Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə www.sy.edu.az elektron sistemi vasitəsilə ümumilikdə 737 müraciət daxil olub.
Onlardan 339-u Texniki-Humanitar Liseyi, 85-i 2 nömrəli Texniki-Humanitar Liseyi, 163-ü 147 nömrəli Texniki-Humanitar Liseyi və 150-si 291 nömrəli Ekologiya Liseyini seçib.
Qeydiyyatdan keçirilən şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin avqustun 25-də təşkil olunması nəzərdə tutulur.
Tehsil-press.az