Azərbaycanlı alim BMT-nin onlayn iclasında iştirak edib

Azərbaycanlı alim BMT-nin onlayn iclasında iştirak edib AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İnformasiya-kommunikasiya texnologiyaları, elm, texnologiya və innovasiya Komitəsinin onlayn iclasında iştirak edib.
Əsas qoşulma nöqtəsi Tailandın paytaxtı Banqkok şəhəri olan tədbirdə 31 ölkə və 17 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər. İclasda pandemiya zamanı texnologiyalardan istifadə üçün birgə tədbirlər, inklüziv genişzolaqlı çıxış üçün rəqəmsal fərqin aradan qaldırılması, davamlı inkişaf məqsədlərinə çatmaq üçün kosmik tətbiqlərin genişləndirilməsi, eləcə də 10 illik fəaliyyət daxilində inklüziv texnologiyalar və innovativ fəaliyyət kimi mövzularda müzakirələr aparılıb.
İclasın sonunda İnformasiya-kommunikasiya texnologiyaları, elm, texnologiya və innovasiya Komitəsinin III iclasının hesabatı qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər