AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək iclasın “EaPConnect 2” layihəsi ilə bağlı görüləcək işlər, “AzScienceNet” elm-kompüter şəbəkəsinin perspektivləri və şəbəkənin maliyyə məsələlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək “AzScienceNet”in infrastruktur məsələləri və GEANT şəbəkəsi ilə bağlı mövcud vəziyyətdən danışıb. O, “AzScienceNet”in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının artırılması ilə bağlı görülən işləri diqqətə çatdırıb. Həmçinin GEANT tərəfindən təqdim olunan avadanlığın “AzScienceNet”də qoşulması, sazlanması və işə salınması, LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin Naxçıvan Muxtar Respublikasında quraşdırılması ilə bağlı məlumat verib.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “EaPConnect” layihəsi çərçivəsində “AzscienceNet”ə göstərilən maliyyə dəstəyi və öhdəliklər haqqında hesabatı təqdim edib.
İclasda, həmçinin 3Gb/s sürətin AMEA-nın təşkilatları arasında optimal şəkildə bölünməsi, GEANT tərəfindən təqdim olunan xidmətlərin vəziyyəti və perspektivdə nəzərdə tutulan işlərlə bağlı müzakirələr aparılıb.
Sonda akademik R.Əliquliyev “AzScienceNet” şəbəkəsində həyata keçirilən tədbirlərə dair fikirlərini səsləndirib, yaxın günlərdə şəbəkənin infrastrukturunun genişləndirilməsi və gücləndirilməsinə həsr olunmuş iclas keçirilməsini təklif edib.
Tehsil-press.az