Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA İnformasiya Texnologiyaları İnstitutunda Litvanın Vilnüs Universitetinin riyaziyyat və informatika fakültəsinin nəzdində fəaliyyət göstərən Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun departament rəhbəri, professor Valentina Dagiene və İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi Blanka Ottilia ilə görüş keçirilib.
Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulmasının və möhkəmləndirilməsinin institutun əsas hədəflərindən olduğunu qeyd edib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açıb. İnstitutun “AzScienceNet” elm-kompüter şəbəkəsi vasitəsilə Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulduğunu söyləyən R.Əliquliyev GEANT Assosiasiyası vasitəsilə ölkəmizin 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
V.Dagiene bildirib ki, əsası 1579-cu ildə qoyulmuş Vilnüs Universiteti Şərqi Avropada ilk ali təhsil məktəbi olub. Hazırda 23 min tələbənin təhsil aldığı universitet Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun informasiya və yüksək texnologiyalar sahəsi üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. V.Dagiene kompüter elmləri və proqram mühəndisliyi sahəsində tədqiqatlar apardığını, həmçinin Vilnüsdə orta məktəb şagirdlərini beynəlxalq olimpiada və yarışlara hazırladığını söyləyib.
İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi B.Ottilia isə Vilnüs Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. O, bu əlaqələrin Azərbaycanın elmi müəssisələri ilə yaradılmasında maraqlı olduqlarını bildirib.
Görüşdə beynəlxalq elmi araşdırmaların aparılması və innovativ elmi nəticələrin əldə olunması baxımından bu kimi nüfuzlu elmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd olunub.
Hikmət Əliyev