Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə start verilib.
Şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini diqqətə çatdırıb.
Qeyd edib ki, bu istiqamət üzrə “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi”, “İnformasiya və bilik iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi” mövzularında araşdırmalar aparılması və iki dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.
Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən, bu istiqamətdə institutun xarici və respublika səviyyəli təşkilat və müəssisələrlə əlaqələr qurması məsələlərindən də danışıb. Həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görüləcək işlərdə elmi müəssisənin iştirakının nəzərdə tutulduğunu vurğulayıb.
Ə.Əliyev şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalə dərc etdirməsinin qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib. O, Belarusun Yüksək Texnologiyalar Parkı, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutu, Tbilisi Dövlət Universiteti və digər elmi müəssisələrlə əlaqələr qurulmasının planlaşdırıldığını bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə cəmiyyətin inklüziv inkişafı problemləri, inklüziv iqtisadi inkişaf indikatorları və indeksləri, yaşıl və inklüziv İKT-nin tətbiqi istiqamətləri, informasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi problemləri və digər istiqamətlərdə aparılan tədqiqatların aktuallığını qeyd edib və bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2020-ci il üçün fəaliyyət planı təsdiq olunub.
Tehsil-press.az