“Erasmus+” KA2 layihələrinin icrasında Azərbaycan Texniki Universiteti tərəfdaş kimi iştirak edəcək

“Erasmus+” KA2 layihələrinin icrasında Azərbaycan Texniki Universiteti tərəfdaş kimi iştirak edəcək Azərbaycan Texniki Universiteti (AzTU) gələn ildən daha 2 yeni “Erasmus+” KA2 layihəsinin icrasına başlayacaq.
Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində növbəti müsabiqənin nəticələrinə əsasən, 2021-2024-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti tərəfdaş kimi iştirak edəcək.
Birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” (ECAR) təhsilin beynəlmiləlləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.
AzTU-nun iştirak edəcəyi digər “Erasmus+” KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” (LMQS) layihəsidir. Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə reallaşacaq layihədə Azərbaycan AzTU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Milli Onkologiya Mərkəzi və Naxçıvan Dövlət Universiteti ilə təmsil olunur. Layihədə Rusiyanın 5, Qazaxıstanın 7 universiteti və Səhiyyə Nazirliyi də iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər