Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və elektromexanika və elektrik avadanlığı kafedrasının müdiri, dosent Hikmət Əliyev “Beynəlxalq ERASMUS həftəsi-2018” konfransı çərçivəsində Türkiyənin Manisa Cəlal Bayar Universitetində olublar.
Onlar konfransda iştirak edən nümayəndələrlə bir sıra faydalı görüşlər keçiriblər. Bu görüşlərdə məqsəd Türkiyənin, eləcə də Avropanın universitetləri ilə AzTU arasında yeni əməkdaşlıq sahələri yaratmaq və mövcud əməkdaşlıqları inkişaf etdirmək olub.
İlk növbədə, AzTU ilə Manisa Cəlal Bayar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və “ERASMUS” proqramının Türkiyə üzrə rəhbəri Məsud Kamiloğlu ilə görüş keçirilib. AzTU-da Azərbaycan və Türkiyə universitetləri ilə birgə multidissiplinar konfransın keçirilməsi qərara alınıb. Daha sonra 2019-cu ildə Manisa Cəlal Bayar Universiteti ilə birgə iki “ERASMUS” layihəsinin təqdim edilməsi planlaşdırılır.
Gələcəkdə ikili diplomların verilməsi, birgə konfransların keçirilməsi, tələbə mübadiləsi, o cümlədən professor-müəllim heyətinin universitetlərdə qarşılıqlı çıxışları və AzTU-nun magistrlərinin Cəlal Bayar Universitetində təhsil alma imkanları ilə bağlı razılıq əldə edilib. Cəlal Bayar Universitetinin alimləri AzTU-da maşınqayırma, materialşünaslıq, elektronika, eləcə də müdafiə sənayesi sahəsində aparılan tədqiqat işləri ilə maraqlanıblar.
Bundan əlavə, professor Sübhan Namazov Cəlal Bayar Universitetində təşkil olunan xarici tələbələrin festivalında iştirak edib və gələcəkdə bu festivalın AzTU-da da təşkil olunması üçün təşkilatçılarla məsləhətləşmələr aparıb.
Qeyd edək ki, 1992-ci ildə qurulan və hazırda 55 min tələbəsi olan Manisa Cəlal Bayar Universitetində ümumi ixtisaslarla yanaşı, texniki, humanitar və tibb sahəsində də mütəxəssis hazırlığı aparılır.

Hikmət Əliyev