Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində də yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılmışdır. Buna baxmayaraq tələbələrə təhsil proqramlarının mənimsənilməsi imkanlarını təmin etmək məqsədilə Bakı Biznes Universitetində tədris prosesinin təşkili ilə bağlı bir sıra işlər məsafədən- “online” şəkildə yüksək səviyyədə həyata keçirilməkdədir.
Bakı Biznes Universiteti eyni zamanda beynəlxalq layihələrin aktiv iştirakçısı kimi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin icrasını uğurla davam etdirməkdədir. Məlum səbəblərdən layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər, planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınmışdır. Buna baxmayaraq Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran bir sıra məsələlərin müzakirə edilməsi məqsədilə Bakı Biznes Universitetinin təşkilatçılığı ilə “online” görüş keçirilmişdir. Görüş zamanı layihənin müddətinin 1 ilədək uzadılması, eləcə də iş planında nəzərdə tutulan müəyyən işlərin “online” şəkildə yerinə yetirilməsi barəsində təkliflər verilmişdir. İclasda layihənin xarici partnyorları olan İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordos, İngiltərənin Middlesex Universitetindən dosent George Dafaoulas, İspaniyanın Alikante Universitetindən doktor Denis Galvin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknyte-Petreikiene və yerli tərəfdaş Universitetlərdən Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Kooperasiya Universiteti, Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etmişlər. Layihənin koordinatoru olan Bakı Biznes Universitetini iclasda Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov, layihənin koordinatoru Gülşən Bayramova, Keyfiyyət təminatı mərkəzinin direktoru Cavidan Heydarov təmsil etmişdir. Görüşün sonunda layihənin uğurla davam etdirilməsi məqsədilə növbəti iclasın keçirilməsi qərara alınmışdır.
Tehsil-press.az