Azərbaycan Texniki Universitetində Avropa İttifaqının “Erasmus+" proqramı çərçivəsində Ustalıq Mərkəzinin açılışı olub.
Tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov AzTU-da mütəxəssis hazırlığı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Mərkəzin fəaliyyət istiqamətlərini diqqətə çatdıran prorektor bu sahədə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində görülən işləri qeyd edib.
Layihənin əlaqələndiricisi, professor Həsən Hüseynov isə "Erasmus+" proqramının nəticələri barədə danışıb.

Mətbuat Xidməti