AzTU ilə Fransanın CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

AzTU ilə Fransanın CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus+” LPEB layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov layihənin baş koordinatoru, Fransanın Qrenobl Akademiyasının üzvü Michell Brosse və Parisin CNAM Universitetinin səlahiyyətli nümayəndəsi Jan-Sebastian Vilefot ilə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Xalıq Yahudov son illər bu ali məktəbdə keçirilən yeniliklər, Avropa təhsil sisteminə inteqrasiya prosesi, həmçinin beynəlxalq layihələrdə universitetin iştirakı ilə bağlı geniş məlumat verib.
M.Brosse və J.Vilefot təmsil etdikləri təhsil müəssisələri haqqında danışaraq AzTU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Sonra AzTU ilə Fransanın CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.
Müqavilədə enerji səmərəliliyi təyinatlı ixtisaslar üzrə azərbaycanlı tələbələrə CNAM Universitetinin diplomlarının, CNAM Universitetinin tələbələrinə isə müvafiq olaraq Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Sumqayıt Dövlət Universitetinin diplomlarının verilməsi nəzərdə tutulub.

AzTU-nun Mətbuat Xidəmti


AzTU ilə Fransanın CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

Oxşar xəbərlər