Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində “Google” şirkətinin Proqramçı Tələbələr Klubu yaradılacaq

Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində “Google” şirkətinin Proqramçı Tələbələr Klubu yaradılacaq Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində (BANM) “Google” şirkətinin Proqramçı Tələbələr Klubu (“Developer Students Clubs”) yaradılacaq.
Ali məktəbin V kurs tələbəsi Nəriman Tağızadə “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına yerli bölmənin rəhbəri olaraq qəbul olunub. Belə ki, proqram çərçivəsində N.Tağızadə BANM-də yaradacağı “Developer Students Clubs (DSC) “Google” ilə əməkdaşlıq edərək yeni layihələr üzərində işləməli və innovativ tədbirlər həyata keçirməlidir. Bakı Ali Neft Məktəbində bu bölmənin yaradılması həm tələbələrə proqramlaşdırma biliklərini artırmağa, həm də irimiqyaslı layihələrdə işləməyə imkan yaradacaq.
Qeyd edək ki, Proqramçı Tələbələr Klubu “Google” tərəfindən tələbələr üçün təşkil olunan təcrübə proqramıdır. Bu proqram daxilində tələbələr öz təhsil mərkəzləri ilə “Google” arasında əməkdaşlıq əlaqələri yaradaraq yeni tədbirlər, ideyalar, layihələr üzərində işləyib “Google”a təqdim etməlidirlər. Hələ ki proqrama Azərbaycandan cəmi 2 tələbə qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər