Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Avropa, Rusiya və Yaxın Şərqdə mühəndislik üzrə xidmət göstərən, bu sahədə müxtəlif təşəbbüslər reallaşdıran “TP Engineering” şirkəti ilə yeni layihələr çərçivəsində əməkdaşlıq edəcək və müxtəlif təlimlər keçəcək.
Həmin tədbirlər bu ali məktəblə “TP Engineering” şirkəti arasında imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulub.
BANM-də təşkil olunan imzalanma mərasimində bu ali məktəbin rektoru Elmar Qasımov “TP Engineering” şirkətinin mühəndis və informasiya texnologiyaları mütəxəssislərinin tələbələrin professional inkişafında böyük rol oynayacağına əminliyini bildirib.
“TP Engineering” şirkətinin baş meneceri Rüstəm İsmayılov təmsil etdiyi qurum ilə BANM arasında nəzərdə tutulan gələcək əməkdaşlıq istiqamətlərindən, şirkət tərəfindən tələbələr üçün nəzərdə tutulan dördmərhələli inkişaf proqramından danışıb. Vurğulanıb ki, proqrama əsasən, BANM-in tələbələri üçün şirkət tərəfindən seminar və treninqlər keçiriləcək, onlar müxtəlif sistemlərdə problemlərin həlli üzərindən test ediləcək. Həmçinin tələbələr təcrübə keçəcəkləri müxtəlif transmilli şirkətlərin real layihələri üzərində çalışacaqlar. Proqramın növbəti ilin ilk aylarından etibarən reallaşdırılması nəzərdə tutulur.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Kəmalə Rəhimli