COVID-19: Fransada ağır xəstələrin sayı yenidən artır, reanimasiya şöbələri həyəcan təbili çalır

COVID-19: Fransada ağır xəstələrin sayı yenidən artır, reanimasiya şöbələri həyəcan təbili çalır Fransa xəstəxanalarında yenidən gərginlik yaranıb. Ölkədə son 3 gün ərzində COVID-19 virusuna 25 min yoluxma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxanların sayının ölkənin bütün ərazisində artdığı bildirilib.
Qeyd edilir ki, son sutka ərzində xəstəxanalara 1707 xəstə qəbul olunub. Onlardan 288-i ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib. Bəzi mütəxəssislər ölkədə epidemiyanın 2-ci dalğasının başladığını deyərək, insanları ayıq olmağa çağırıblar.
Son sutka ərzində ölkənin 28 departamenti qırmızı zona elan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər