Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə əlaqədar suallar cavablandırılıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə əlaqədar suallar cavablandırılıb Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin başlanması ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.
Mətbuat konfransında abituriyent məsləhət mərkəzləri, abituriyentlərin ixtisas seçimi zamanı diqqət yetirməli olduğu məsələlər, ixtisas qrupları üzrə plan yerləri, abituriyentlərin bu il və ötənilki imtahan nəticələrinin müqayisəli təhlili və s. haqqında məlumat verilib.
Sədr ixtisas seçimi ilə bağlı artıq “Abituriyent” jurnalının 4-cü sayının çap edildiyini bildirib: “Valideynlərə və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur”.
Sədr abituriyent məsləhət mərkəzlərinin bu il də fəaliyyət göstərəcəyini qeyd edib. O, abituriyentlərə ixtisas seçimi zamanı çətinlik çəkəcəkləri təqdirdə həmin mərkəzlərə müraciət etmələrini tövsiyə edib.
Mətbuat konfransını DİM-in “Facebook” səhifəsindən izləmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər