ADA-nın iki yeni korpusuna və parkına həsr edilmiş video təqdim edilib

ADA-nın iki yeni korpusuna və parkına həsr edilmiş video təqdim edilib ADA Universitetinin Fondu ADA-nın iki yeni korpusuna və parkına həsr edilmiş videonu ictimaiyyətə təqdim edib.
Dronla çəkilən videonun əsas məqsədi ADA-nın daha əvvəl tikilmiş korpusları ilə yanaşı, yeni tikilən korpuslarının da daxili dizaynını və səmadan görünüşünü nümayiş etdirmək, yaşıllıqla əhatələnmiş ADA kampusunda salınan park vasitəsilə “ADA təbiəti”nin gözəlliklərini izləyicilərin diqqətinə çatdırmaqdır. Videoda ADA Universitetinin Dövlət və ictimai münasibətlər və Biznes fakültələrinin, eləcə də universitetin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin yerləşdiyi yeni korpusların və ADA parkının gecə görüntüləri də yer alıb.
Videoda səslənən və azərbaycanlı bəstəkar İsfar Sarabski tərəfindən bəstələnən “Planet” əsəri videonun ümumi süjet xətti ilə vəhdət təşkil edərək ADA-nı gənclərin gələcəklə bağlı arzularını reallaşdıra biləcəyi “planet içində planet” kimi təqdim edib.
Videonu ADA Universitetinin “YouTube” kanalında https://youtu.be/x0RTXgNTnGw izləmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər