Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı - Açıqlama

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı - Açıqlama Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında bu gün Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.
Görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də müzakirə olunub.
T.Yaqublunun hazırda da qida qəbul etmədiyi, səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib.
Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər