Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Rusiya Federasiyasının Ombudsmanı Tatyana Moskalkova ilə görüşüb.
Ombudsman Aparatından Tehsil-press.az-a verilən məlumata görə, E.Süleymanova rusiyalı həmkarı ilə Kazan şəhərində Tatarıstana səfəri çərçivəsində görüşüb.
E.Süleymanova ilə T.Moskalkova arasında iki ölkə arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Müzakirə zamanı tərəflər arasında Azərbaycanın Ombudsman təsisatı ilə Rusiya Federasiyası və subyektlərinin müvafiq təsisatları arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Tatarıstanın Kazan şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 19-cu iclası keçirilib. Tədbirdə Rusiya, Tailand, İndoneziya, Malayziya, Çin, Honkonq, Yaponiya, Koreya, Pakistan, İran, Özbəkistan, Qırğızıstan və Azərbaycandan olan ombudsmanlar və milli insan hüquqları təsisatlarının (MİHT) nümayəndələri də iştirak ediblər.
Tehsil-press.az