Azad Həsənovun aclıq aksiyası ilə bağlı - Açıqlama

Azad Həsənovun aclıq aksiyası ilə bağlı - Açıqlama Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənovun aclıq aksiyasına başlaması haqda məlumat yayılıb.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Tehsil-press.az-a açıqlamasında bildirib ki, A.Həsənovun səhhəti normaldır: “Aclıq aksiyası keçirmək hər bir məhkumun hüququdur. Məhkum bu barədə saxlanıldığı müəssisənin rəhbərliyə yazılı müraciət edərək aclıq aksiyasına başladığını və bunun səbəblərini qeyd edir. Daha sonra isə prosedura uyğun olaraq həmin məhkum digər məhkumlardan ayrılaraq xüsusi yerdə saxlanılır. Aclıq aksiyası keçirmənin qaydası budur. Azad Həsənov hazırda həkim nəzarətindədir, səhhəti normaldır”.
A.Həsənov narkotik vasitələrin satışında ittiham olunur. O, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər