Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti 3 il ərzində Avropa İttifaqı tərəfindən maliyyələşən “Erasmus+ K2” proqramı çərçivəsində 2 yeni beynəlxalq layihədə (“GEOCLIC” və “WORK4CE” layihələri) iştirak hüququ qazanıb.
“GEOCLIC” layihəsi yeni texnologiyalardan istifadə edərək sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək üçün bakalavr, magistr və doktorantura səviyyələrində tədris proqramlarının modernləşdirilməsini hədəfləyir. Layihədə AzMİU ilə yanaşı, Avropa və Azərbaycandan 17 nüfuzlu təhsil müəssisəsi və beynəlxalq təşkilatlar birgə çalışacaq.
“WORK4CE” layihəsi isə gənclərin məzun olduqdan sonra gələcək iş yerlərinə hazırlaşmaq üçün tədris mənbələrindən faydalı istifadənin stimullaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində fənlərarası tədris planları və modulları hazırlanacaq, tədris proqramlarının praktik dəyərini və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün yeni (virtual) universitet-müəssisə əməkdaşlığı formaları tətbiq ediləcək.
Tehsil-press.az