Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Təlim “Tələbəyönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” mövzularını əhatə edib. Sessiyalar zamanı AzMİU əməkdaşlarının fərdi tədris metodları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Təlimi AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva aparıb.
Tehsil-press.az