AzMİU-nun tələbələri İstanbul Texniki Universitetində yay məktəbində olublar

AzMİU-nun tələbələri İstanbul Texniki Universitetində yay məktəbində olublar İkitərəfli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 10 tələbəsi İstanbul Texniki Universitetində təşkil olunan yay məktəbi proqramında iştirak edib.
Proqram çərçivəsində inşaat mühəndisliyi ixtisası üzrə oxuyan tələbələr “Materiallar müqaviməti 1” dərsini keçib, İstanbul Texniki Universitetində tədris prosesi və tələbə həyatı ilə tanış olublar.
Memarlıq ixtisası üzrə təhsil alan tələbələr isə verilən ərazinin öncə təhlilini aparıb, daha sonra o əraziyə uyğun “Açıq İstanbul” başlığı altında layihələrini təyin edərək işləyiblər. Tələbələr layihələrini fərqli sistemlə işlədikləri üçün gözəl təcrübə qazanıb, maketlə daha çox işləməyi öyrəniblər.
İstanbul Texniki Universiteti ilə AzMİU arasında həyata keçirilən və tələbələrin istər təhsil, istərsə də gələcək iş həyatında böyük əhəmiyyəti olan yay məktəbi təcrübəsinin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər