Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti keyfiyyətli ali təhsilin aspektlərinə həsr olunmuş təlimdə iştirak edib.
Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsi çərçivəsində təşkil olunub. Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirak etdiyi təlim litvalı təhsil mütəxəssisi İnqa Juknyte-Petreikiene tərəfindən aparılıb. Təlim zamanı universitetlərin komandaları təqdimatlarla çıxış ediblər.
Təlimdə AzMİU-dan Zahidə Məmmədova, Səbinə Hacıyeva, Türkan Əliyeva, Valeriya Məmmədova iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar verilib.
Tehsil-press.az