Bakı Dövlət Universitetinin əməkdaşları onlayn beynəlxalq konfransda məruzə ediblər

Bakı Dövlət Universitetinin əməkdaşları onlayn beynəlxalq konfransda məruzə ediblər Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının gənc tədqiqatçıları Səbinə Vəliyeva və Nərmin Abdulhüseynli onlayn beynəlxalq konfransda iştirak ediblər.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə onlayn “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi” mövzusunda keçirilən beynəlxalq konfransda (ICPL-2020) Azərbaycan, Rusiya, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, İran, Pakistan, ABŞ, İraq, Nigeriya, Oman, Gürcüstan, Yaponiya, Finlandiya, Səudiyyə Ərəbistanı və s. ölkələrin nüfuzlu universitetlərinin əməkdaşları məruzə ediblər.
Tədbirdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Vəliyevanın “Müvəqqəti yaşayış adlarının etnolinqvistik təhlili (XX əsr 50-60-cı illər Azərbaycan bədii üslubu əsasında)” və kafedranın doktorantı Nərmin Abdulhüseynlinin “Keyfiyyət bildirən sifətlərin adverbiallaşması” mövzusunda məruzələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər