Xarici dil müəllimləri üçün fürsət: distant tədrisdə ABŞ təcrübəsi

Xarici dil müəllimləri üçün fürsət: distant tədrisdə ABŞ təcrübəsi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə sentyabrın 7-də “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları - 2020” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris mövzularında çıxışlar ediblər. Konfransın moderatoru UNEC-in Xarici dillər kafedrasının dosenti, ABŞ-ın “Fulbrayt” proqramının məzunu Sevinc Ələkbərzadə olub.
Konfransın spikerləri ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin xarici dil müəllimi, elmi tədqiqatçı Qram R.Smit, ABŞ İllinoys Dövlət Universitetinin İngilis dili kafedrasının doktorant müəllimi Marina Teplova, ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri Tasito Kuri, ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri Gizela Kornejodur.
Beynəlxalq konfransda izləyicilərin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər