Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Elmira Qocayeva, Sabir Quluzadə və Sənubər Qənbərova Buxarest şəhərində “Artifeks” Universitetinin təşkilatıçılığı ilə keçirilən “Bilik cəmiyyətində innovativ iqtisadi-sosial yanaşmalar” adlı beynəlxalq konfransda iştirak ediblər.
Tədbirdə Azərbaycan, Rumıniya, Bolqarıstan, Serbiya, Rusiya, Moldova, İtaliya, Ukrayna və digər ölkələrin aparıcı ali məktəblərinin professor-müəllim heyəti, eləcə də müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransda Elmira Qocayeva “Turizm sahələrində rəqabətqabiliyyətli indeksə əsaslanan tədqiqatların aparılması” mövzusunda çıxış edib. O, Azərbaycanın turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, M.Porterin rəqabətqabiliyyətlilik konsepsiyası və onun bazasında hesablanılan turizmin rəqabətqabiliyyətliliyi indeksinə təsir göstərən indikatorlar üzrə qiymətləndirmələr məsələlərinin geniş şərhini verib.
Sabir Quluzadə “Milli valyutanın devalvasiyasının Azərbaycanın istehsal sənayesinə müsbət təsiri”nə dair məruzəsində Azərbaycanın əmtəə ixracı, xarici ticarətin, milli iqtisadiyyatın beynəlxalq rəqabətliliyinin artmasına, ölkənin strateji valyuta ehtiyatlarına aydınlıq gətirib.
Sənubər Qənbərova isə “Turizm XXI əsrdə sosial-iqtisadi fenomen kimi” mövzusunu ehtiva edən məruzəsində XXI əsrdə dünyada və Azərbaycanda turizmin əsas inkişaf etmiş istiqamətləri və destinasiyaları haqqında detallı məlumat verib.
ATMU-nun əməkdaşları beynəlxalq konfransda, həmçinin ali məktəbin tanıtımını əks etdirən videoçarxlar nümayiş etdirib və Qarabağ həqiqətlərini iştirakçıların diqqətinə çatdırıblar.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Tehsil-press.az