ÜST: Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 590 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 594 000 nəfər yeni koronavirusa yoluxub, 8 570 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 53 766 728, ölənlərin isə 1 308 975 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər