Braziliyada virusa yoluxanların sayı 1000 nəfərdən çox artdı

Braziliyada virusa yoluxanların sayı 1000 nəfərdən çox artdı Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı min nəfərdən çox artıb və 7910-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“7910 təsdiqlənmiş hal, 299-u dünyasını dəyişib, ölüm faizi 3,8-dir”, - məlumatda qeyd edilib.
Daha əvvəl yoluxanların sayı 6836 nəfər təşkil edirdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 820 mindən çox insan bu virusa yoluxub, 40 mindən çox pasiyent dünyasını dəyişib.

Tehsil-press.az




Oxşar xəbərlər