Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib

Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib Yerevanda naməlum şəxslər müxalif “Adekvad” partiyasının üzvü, “BlogNews.am” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyana Qarabağ məsələsində Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyi ətrafında mübahisəyə görə hücum ediblər.
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukda yazıb:
“Konstantin Ter-Nakalyan hücuma məruz qalıb. İki naməlum şəxs Qarabağ mövzusunda Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaradıb. Onun üzünə və ayaqlarına soyuq silahla zərbələr endirilib”.
Onun sözlərinə görə, bu hücuma görə məsuliyyəti vətəndaş toqquşmalarını başlayan Paşinyan daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər