Yerevanda müxalifətçiyə hücum olundu

Yerevanda müxalifətçiyə hücum olundu Bu gün gecə Yerevanda müxalif "Təsis parlamenti"nin üzvü Qarik Qalstyana evinin qarşısında hücum olunub, onu döyüb çoxsaylı bıçaq zərbələri endiriblər.

Qalstyanın sözlərinə görə, bunlar Ermənistan prezidenti Serj Sarkisyanın adamları idilər. Onlar müxalifətçiyə hücum edərkən bu sözləri deyiblər: "Heç kim bizim prezidentə qəsd edə bilməz - nə sən, nə də bu "Sasna Tsrer" qaragüruhu" ("Sasna Tsrer" Yerevanda polis məntəqəsinə hücum etmiş üsyançı qrupudur).
Tehsil-press.az-ın xüsusi müxbiri xəbər verir ki, bu gün siyasi məhbusladan biri Şant Arutyunyanın oğlu Şayen Arutyunyan Yerevandakı Azadlıq meydanında atasının və digər siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb.
Əvvəllər o, Ermənistan-Portualiya oyununun gedişində meydançaya çıxmış və əlində tutduğu şüarı nümayiş etdirmişdi. Şüarda "Şant Arutyunyana və Ermənistandakı digər siyasi məhbuslara azadlıq" yazılmışdı.


Tehsil-press.az

Oxşar xəbərlər