Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 1-nə olan cədvələ uyğun yayımlanıb.
Proqramda sahibkarlıq, kompüter operatoru, dizayner, turizm sahəsində iaşə üzrə mütəxəssis, avtomobillərin təmiri çilingəri və avtomobil sürücüsü, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, geyim üzrə dizayner, bitkiçilik mütəxəssisi ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər