Paşinyan yenə biabır oldu - Video

Paşinyan yenə biabır oldu - Video Ermənistan Baş naziri Nikol Paşinyan yenə biabır olub.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans şəklində keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin sözü Nikol Paşinyana verib.
Paşinyan Azərbaycan və Türkiyə haqda danışmağa cəhd edib və elə bu anda onun qarşısında olan mikrofonun səsi xışıldamağa başlayıb və birədəfəlik itib.
O, texniki problemə görə üzr istəyib, Putin isə “eybi yox, biz dinləyirik” deyib. Erməni Baş nazir ciblərində olan telefonları və digər elektron cihazları çıxararaq kənara qoyub, bundan sonra o, çıxışına davam edib.



Tehsil-press.az

Oxşar xəbərlər