Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.
Təhsil-press.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
Təhsil-press.az