Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzi yeni tədqiqat sahələri üzrə elmi araşdırma aparacaq

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzi yeni tədqiqat sahələri üzrə elmi araşdırma aparacaq 2020-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində elmi-tədqiqat işlərində yüksək nailiyyətlər əldə edilib, yeni tətbiqi tədqiqat sahələrində elmi işlərin planlaşdırılması həyata keçirilib.
Bildirilib ki, il ərzində mərkəzin əməkdaşları tərəfindən 18-i "Web of Science" bazasına daxil olan yüksək impakt faktorlu indekslənmiş jurnallar olmaqla 36 elmi məqalə dərc olunub. 6 elmi məqalə isə impakt faktoru 2.0-dan yuxarı olan nüfuzlu jurnallarda dərc edilib. Mərkəzdə tədqiqatçı gənclərin birbaşa iştirakı ilə həyata keçirilən tədqiqat işlərində gələcək perspektiv planların hazırlanması sahəsində də mühüm hazırlıq işləri həyata keçirilib.
Qeyd edək ki, son illərə qədər tədqiqatlar əsasən nanomaterialların alınması, onların modifikasiyası, hibrid nanostrukturların formalaşması və bu strukturlarda baş verən fiziki-kimyəvi proseslərin tədqiqi sahəsində aparılıb. 2021-ci ildən başlayaraq əldə olunan təcrübəyə əsaslanaraq tətbiqi sahələrin inkişafına daha çox diqqət yetiriləcəyi nəzərdə tutulub. Belə ki, yeni tip supertutumların alınması, nanomateriallar əsnasında biosensorların hazırlanması, tribonanogeneratorların hazırlanması və tədqiqi sahələrinin inkişafı diqqət mərkəzindədir. BDU-da bu sahələrin inkişafı müxtəlif struktur bölmələrinin əməkdaşlığı çərçivəsində istehsalat və digər təsərrüfat müəssisələri ilə əlaqələrin möhkənlənməsinə xidmət edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər