AzMİU-da professor-müəllim heyəti üçün seminar təşkil olunub

AzMİU-da professor-müəllim heyəti üçün seminar təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali təhsil ocağında çalışan alimlərin elmi nəticələrinin “Web of Scienc” bazasına daxil olan jurnallarda dərc edilməsinə dəstək məqsədilə seminar təşkil olunub.
Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda inşaat fakültəsinin professor–müəllim heyəti iştirak edib.
Seminarda elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva universitet əməkdaşlarının beynəlxalq bazalarda təmsil olunmaları barədə ümumi məlumatları diqqətə çatdırdıqdan sonra bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. O, “Web of Science” kimi beynəlxalq nüfuzlu bazaya daxil olan jurnallarda məqalə dərcinə kömək göstərmək üçün şöbənin nəzdində yaradılmış işçi qrupun gördüyü işlər barədə məlumat verib. N.Rzayeva vurğulayıb ki, müasir zamanda elmi nəticələrin dünyaya çatdırılmasının yeganə və ən uğurlu yolu onları məqalə şəklində yüksək impakt faktorlu jurnallarda dərc etdirməkdir.
Nəşriyyat bölməsinin müdiri Samirə Əkbərova beynəlxalq jurnallarda keyfiyyətli məqalə dərc etdirmək üçün tələb olunan tərtibat qaydalarından danışıb. O, universitetdə çap olunan beş nəşrin müasir tələblərə uyğunlaşdırılması, eləcə də “Scopus” bazasına düşməsi naminə görülən işləri seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda nüfuzlu jurnallarda məqalə dərc etdirməkdə maraqlı olan müəlliflərin sualları cavablandırılıb.

AzMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər