Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi Həbibə Şirinovanın həmmüəllifi olduqları məqalə “Web of Science”, “Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan “Journal of Elastomers & Plastics” adlı yüksək impakt faktorlu jurnalda dərc edilib.
“PP/Ittrium oksidlə stabilləşmiş sirkonium dioksid (YSZ) əsaslı şəffaf nanokompozitlərin sintezi, tədqiqi və optiki xassələri" (“Fabrication, characterization and optical properties of transparent PP/Yttria stabilizied zirconia (YSZ) based nanocomposites”) adlı məqalədə PP/YSZ əsaslı optik şəffaf polimer nanokompozitlərin alınması eks-situ və istidə pressləmə üsullarının birgə kombinasiyası yolu ilə həyata keçirilib. Sintez olunan nanokompozitlərin quruluşu, optik və fotolüminesent xassələri tədqiq edilib.
Qeyd edək ki, jurnalın impakt faktoru 1,2-dir.

Tehsil-press.az

Oxşar xəbərlər