ÜST: Dünyada koronavirusa yoluxanların sayı 605 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 605 mindən çox artıb Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 605 mindən çox olmaqla 65,87 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 605 211 nəfər yeni koronavirusa yoluxub, 10 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 65 870 030, ölənlərin isə 1 523 583 nəfərə çatıb.
Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (308 218), Avropada (203 298) və Cənubi-Şərqi Asiyada (47 679) qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər