Braziliyada sutkada 30 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Braziliyada sutkada 30 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 30 476 nəfər yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatlarında deyilir.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 1 344 143 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 552 nəfər ölüb.
Hazırkı dövrədək koronavirusa yoluxanlardan 57 622 nəfəri vəfat edib, 733 min nəfəri isə sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər