ABŞ-da peyvənd olunan 6 nəfər dünyasını dəyişdi

ABŞ-da peyvənd olunan 6 nəfər dünyasını dəyişdi ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndi sınaqları zamanı altı nəfər dünyasını dəyişib.
Onlardan dördü plasebo qəbul edib, ikisi isə peyvənd olunub.
Piylənmə və aterosklerozdan əziyyət çəkən peyvənd olunan qrupdakı pasiyentlərdən biri dərmanın ilk dozasının yeridilməsindən üç gün sonra dünyasını dəyişib. İkinci ölən könüllünün ikinci dozadan 60 gün sonra ürəyi dayanıb.
Plasebo qəbul edənlər arasında iki nəfər infarkt və insultdan dünyasını dəyişib, daha iki nəfərin ölüm səbəbi müəyyən edilir.
Altı nəfərdən üçünün yaşı 55-dən yuxarı idi.

Tehsil-press.az

Oxşar xəbərlər