Dünyada həftəlik yoluxmada rekord göstərici

Dünyada həftəlik yoluxmada rekord göstərici Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 329 927 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Son 7 gündə ölənlərin sayı isə 70 476 nəfər artıb.
Həftəlik yoluxma üzrə daha əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı (4 060 891).
Qeyd edək ki, dünyada ümumilikdə 73 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox insan bu virusdan dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər