Bayden keçmiş rəqibini nazir təyin edəcək

Bayden keçmiş rəqibini nazir təyin edəcək ABŞ Prezidenti Co Bayden keçmiş rəqibi, Demokratların prezidentliyə namizədi Pit Butticiçi nəqliyyat naziri təyin edəcək.
Bayden nəqliyyat naziri vəzifəsinə prezidentlik yarışından çəkilib onu dəstəkləyən keçmiş Cənubi Bend bələdiyyə başçısı Butticiçi seçib.
Butticiç ABŞ Senatında təsdiqlənəcəyi təqdirdə ilk LGBT üzvü olan nazir olacaq.
İddia olunur ki, Butticiç Amerikanın BMT-də daimi nümayəndəsi olmaq istəyib. Lakin Bayden bu vəzifəyə 35 ildir ABŞ Dövlət Departamentində diplomat olan Linda Tomas-Qrifildi gətirəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər