Bayden seçkiqabağı yarışda Trampı qabaqlayıb

Bayden seçkiqabağı yarışda Trampı qabaqlayıb ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden hazırkı Prezident Donald Trampı seçkiqabağı yarışda qabaqlayıb. Bu barədə “CNN” “SSRS” kompaniyasının araşdırmasına istinadən xəbər verib.
Araşdırmaya görə, Baydeni qeydə alınmış seçicilərin 51 faizi dəstəkləyir, 46 faizi Trampa üstünlük verir.
Həmçinin qeyd edilir ki, Bayden qadınlar, qaradərililər və 45 yaşdan yuxarı seçicilərin arasında daha populyardır. Tramp isə ağ əhali arasında üstünlüyə malikdir. Sorğuda 1 112 respondent iştirak edib.
Qeyd edək ki, Co Bayden 2020-ci il prezident seçkilərində hazırkı dövlət başçısının əsas rəqiblərindən biri sayılır. Onun namizədliyini senator Berni Sanders, sabiq prezident Barak Obama, senator Elizabet Uorren, həmçinin ABŞ-ın sabiq prezidentliyə namizədi və ABŞ-ın dövlət katibi Hillari Klinton dəstəkləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər