Akademik Kamal Abdulla “Türk dili və mədəniyyətinə xidmət” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Türk dili və mədəniyyətinə xidmət”  mükafatına layiq görülüb Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu
(Institut für die Welt der Türken) tərəfindən “Türk dili və mədəniyyətinə xidmət” mükafatına layiq görülüb.
Bununla bağlı institutun direktoru professor Necati Demir 17 dekabr 2020-ci ildə online keçirilən IV beynəlaxlq “Türklərin dünyası sosial elmlər” simpoziumunun açılış iclasında məlumat verib. O, bildirib ki, “Türk dili və mədəniyyətinə xidmət” mükafatı türk dünyasında türk dilinə, mədəniyyətinə, ədəbiyyatına xidmət göstərən elm adamlarına, ictimaiyyət nümayəndələrinə göstərdikləri xidmətlərə görə verilir: “İnstitutun idarə heyəti bu il mükafatı türk dünyasında türkoloji tədqiqatlarda, xüsusilə türk mifologiyasında, Dədə Qorqud araşdırmalarında müstəsnə xidmətləri olan qorqudşünas alim, yazıçı Kamal Abdullaya verməyi qərara alıb. Kamal Abdulla türk dünyasının görkəmli yazıçısı və elm adamıdır”.
Qeyd edək ki, Türklərin Dünyası İnstitutu 2015-ci ildə Almaniyanın Münhen şəhərində qurulub, orada faəliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər