Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin qurucu rektoru Metin Yıldız ilə görüşüb.
Rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib.
K.Abdulla universitetlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu söyləyib.
Rektor ADU-dakı fakültələri, dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən danışıb. Baş redaktoru olduğu “Türkologiya” jurnalı haqqında danışan K.Abdulla keçirilən türkoloji layihələrdən bəhs edib. K.Abdulla, həmçinin “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanlarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqat layihələrindən söz açıb.
M.Yıldız səmimi qəbula görə təşəkkürünü bildirib. M.Yıldız Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramının həyata keçirilməsi haqqında danışıb. Qonaq təmsil etdiyi ölkədə nəşr olunan “Türkologiya” jurnalından söz açıb.
Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, birgə layihələr, konfrans və simpoziumlar və gələcək perspektivlər müzakirə olunub.

ADU-nun Mətbuat Xidməti