Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ADU-nun rektoruna təbrik məktubu göndərib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ADU-nun rektoruna təbrik məktubu göndərib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanı 70 illik yubileyi münasibətilə təbrik edib.
Məktubda bildirilir: “Hörmətli rektor, 70 illiyiniz münasibətilə ən dərin təbriklərimi çatdırır, sizə möhkəm cansağlığı arzu edirəm.
Dilçi, ədəbiyyatşünas, yazıçı, təhsil adamı kimi türk dünyasının, türk xalqlarının qədim mədəni mirasının gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətlərinizə görə Türk Şurası olaraq sizə təşəkkür edirik.
“Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”, “Dədə Qorqud poetikasına giriş”, “Yarımçıq əlyazma” kimi dəyərli əsərləriniz, Azərbaycan dili və mədəniyyəti haqqında qələmə aldığınız “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Azərbaycanda rus dili”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycan dilində danışaq”, “Azərbaycan multikulturalizmi” kimi bir-birindən dəyərli tədqiqatlarınız dilçilik elmi üçün müstəsna xidmətlərdir.
Bir çox dillərə tərcümə edilən 200-dən çox əsər və məqalələrinizdən başqa akademik şəxsiyyətinizlə yetişdirdiyiniz tədqiqatçılar gələcəkdə türk dünyası üçün ümid qaynağıdır.
Türk Şurası olaraq üzv və müşahidəçi dövlətlərimiz arasında təhsillə yanaşı, bir sıra mədəniyyət sahələrində aparılacaq fəaliyyətlərə də üstünlük veririk. Ən əsas layihələrimizdən biri olan Türk Universitetlər Birliyinə şəxsinizin rektorluq etdiyi Azərbaycan Dillər Universitetinin da daxil olduğunu görmək bizləri qürurlandırmaqda və bu sahədəki fəaliyyətlərə verdiyiniz daimi dəstək çalışmalarımızı gücləndirəcəkdir.
Türk dünyasına və coğrafiyasına böyük dəstək verən və dünya səviyyəsində təqdirlə qarşılanan misilsiz xidmətlərinizin bundan sonra da davam edəcəyinə olan inamla, yeni yaşınızın, yeni-yeni uğurlara səbəb olması arzusu ilə doğum gününüzü ən dərin diləklərimlə təbrik edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər